Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qoyun-quzu və toyuq oğurlayanlar saxlanılıb
Həbs, həbsxana

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »