Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran səfiri: Qeyrətli xalq işğalı qəbul etmir
Abbas Müsəvi - Səfir

Dünən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransı keçirib.

Konfransda jurnalistlərin suallarını cavablandıran səfir bir sıra maraqlı məqamlara toxunub. Bu günə qədər qonşu olmalarına baxmayaraq İranla-Azərbaycan arasında iqtisadi əlaqələrin yetərincə olmadığını deyən Musəvi bundan sonra bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün bir sıra layihələrin hazırlandığını bildirib. Səfir, enerji, tibb, istehsalat sahələrinə dair 14 layihənin dövlət başçısı İlham Əliyevə təqdim olunduğunu söyləyərkən bu görüşün onu cənab prezidentin adı kimi ilhamlandırdığını da söyləyib. Rusiyanın İran üzərindən Ermənistana hərbi yüklər daşıması, eləcə də İranın qondarma Qarabağ respublikası ilə əlaqələri barədə sualı cavablanıdran səfir belə deyib.

"İranın torpaqları bir müddətllik işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. İşğal və işğalçılıq İran üçün qırmızı xəttdir. İranın özəl və ya dövlət şirkəti Ermənistana səfər etsə belə, onların Dağlıq Qarabağa səfər etmə haqqı yoxdur. Bunu hamı bilir. O ki qaldı İrandan hərbi yüklərin daşınmasına , bunu qətiyyətlə təkzib edirik".

Bizimyol.info-nun İranın sözdə ölkəmizi dəstəkləsə də, əməldə məhz Ermənistana yardım etməsi, ölkəmizin bu dostluq münasibətini realda görə bilməməsi barədə iradına cavab olaraq səfir qeyd etdi ki,İranın bütün qonşu ölkələrlə yaxşı münasibətləri var. “Amma Azərbaycanla münasibətləri nümunə olacaq dərəcədədir.

“Dağlıq Qarabağ münaqişəsi elə həll olunmalıdır ki, Azərbaycan öz haqqı çatanı ala bilsin. İran dəfələrlə bəyan edib ki, sülh yolu ilə münaqişənin həllinə vasitəçilik etməyə hazırdır.Biz Azərbaycanla, eləcə də Türkiyə ilə isti münasibətlərdəyik. Hətta İran və Azərbaycanın rəhbərləri belə qərara alıblar ki, istədikləri vaxt qarşılqılı səfərlər həyata keçirsinlər və bu zaman protokola ehtiyac olmayacaq”

İlhamə

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »