Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hökuməti istefa verib

Yaponiya hökuməti sentyabrın 16-da tam tərkibdə istefa verib.

Bizimyol.info xəbər verir ki, baş nazir Şinzo Abenin rəhbərlik etdiyi kabinetin istefası barərədə  Yaponiya hökumətinin dəftərxanası məlumat yayıb.

İstefadan sonra jurnalistlərlə görüşən Şinzo Abe Yaponiya ictimaiyyətinə hakimiyyətdə olduğu dövrdə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Ş.Abe yapon xalqını yeni yaranacaq Yoşihide Suqa hökumətini dəstəkləməyə çağırıb.

Yaponiya parlamentinin yaxın saatlarda yeni Baş nazirin namizədliyini dəstəkləmək üçün səs verəcəyi gözlənilir. Yaponiyanın Baş naziri vəzifəsini hakim Liberal Demokratik Partiyanın yeni sədri Yoşohide Suqa tutacaq. Y.Suqa bundan sonra hökumətin yeni tərkibini elan edəcək.

Yerli KİV-lərin yaydığı məlumata görə, yeni hökumətdə vəzifələrin əksəriyyəti Şinzo Abenin son hökuməti dövründə hakimiyyətdə olmuş nazirlər tərəfindən tutulacaq. Əsasən, Taro Asonun Baş nazirin müavini və Maliyyə naziri, Toşimitsu Moteqinin isə Xarici İşlər naziri portfellərini saxlayacağı gözlənilir. Bununla yanaşı, Kaziyoşi Akabanın Dövlət Torpaqları, İnfrastruktur və Turizm naziri, xanım Seyko Haşimotonun Olimpiya və Paralimpiya Məsələləri naziri, Yasutoşi Nişimuranın isə İqtisadiyyatın Bərpası naziri vəzifələrində qalacaqları bildirilir. Hökumətdə Rusiya ilə iqtisadi əməkdaşlığa cavabdeh olmuş Hiroşi Kaziyamanın İqtisadiyyat, Ticarət və Sənaye naziri portfelini alacağı qeyd edilir.

Eyni zamanda, Müdafiə naziri Taro Konunun Dövlət İslahatlarına Cavabdeh nazir vəzifəsinə təyin ediləcəyi gözlənilir. Müdafiə naziri vəzifəsini isə Şinzo Abenin kiçik qardaşı, son hökumətdə Xarici İşlər nazirinin müavini olmuş Nobuo Kişi tutacaq.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »