Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada koronavirusa görə məktəbə gedə bilməyən şagirdlərin sayı açıqlandı

BMT pandemiyaya görə təhsil ala bilməyən uşaqların sayından narahatdır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun icraçı direktoru Henrietta For bildirib.

Forun sözlərinə görə, dünyanın 52 ölkəsində təhsil ala bilməyən uşaqların ümumi sayı 870 milyon nəfərdən çoxdur.

"Bu gün koronavirusun yayılmasının başlanğıcından 9 ay keçəndən sonra 872 milyon şagird, yəni demək olar ki, ümumi miqdarın yarısı 51 ölkədə hələ siniflərə qayıtmaq imkanlarına malik deyil", - BMT-nin Uşaq Fondunun icraçı direktoru bildirib.

O, eyni zamanda məktəbə getməyən uşaqların hamısının məsafədən təhsil almaq imkanına malik olmadığını və məktəb davamiyyətinin bir sıra şagirdlər üçün yalnız təhsil baxımından deyil, həm də immunlaşdırma və isti yemək almaq baxımından vacib olduğunu qeyd edib.

"Uşaqlar nə qədər məktəbdən kənar qalsalar, onların dərslərə qayıtma şansları o qədər az olacaq", - Henrietta For vurğulayıb.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »