Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Amerika dövlətində karantinə etirazlar başlayıb - Video

Argentinanın paytaxtı Buenos-Ayresdə hökumət əleyhinə etiraz aksiyalarına start verilib.

Minlərlə insan küçələrə çıxaraq həm karantin rejiminə, həm də korrupsiyaya etirazını bildirir.

Bizimyol.info xəbər verir ki, Buenos-Ayresdə hökumətdən narazılıq ifadə edənlər məhdudlaşdırma qaydalarından narazılıq bildiriblər. Manifestçilərdən biri “Euronews”a deyib: “Korrupsiyadan iyrənirəm. Oğruları məsuliyyətdən azad edirlər. Siyasətçilər məvacibinin azaldılmasına razı olmur”.

“Euronews”a danışan başqa bir etirazçı deyib ki, karantin qaydalarından beziblər: “Bizi evə qapatmaq olmaz. Başqa bölgələrə təyyarə reysləri açılmalıdır. Daha bəsdir. Ümidimi və inamımı itirmək istəmirəm. Yəqin ki, bizi bu ağır vəziyyətdən çıxaran siyasətçi tapılar”.

Argentinada indiyə qədər 565 mindən çox vətəndaş koronavirusa yoluxub. Ölənlərin sayı 12 min nəfərə yaxınlaşır.

Son xəbərlər
Bütün xəbərlər »