Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus" argentinalı oyunçunun agenti ilə danışıqlar aparacaq

İtaliyanın "Yuventus" klubunun futbolçusu Paulo Dibalanın agenti Turinə gedib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, 27 yaşlı hücumçunun yeni müqaviləsi üçün ölkə çempionu ilə danışıqlar aparacaq.

Argentinalı forvard Turin təmsilçisində ildə 11 milyon avro qazanmaq niyyətindədir. Dibalanın klubla hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm bütün turnirlərdə 46 matç keçirib, 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »