Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq"

“Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İrevan şəhərində yerli sakinlərlə görüşündə bildirib.

“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər”, - Q.Sarukyan vurğulayıb.

O qeyd edib ki, səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı.

Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb.

Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib:

“Kobud şəkildə ifadə etsək, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir. Bizim “aclıqdır” deməyimiz mağazalarda bu və ya başqa ərzaq malllarının olmaması demək deyil. Həmin malları almaq üçün əhalinin pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı ötən illə müqayisədə 15-20 % azalıb. Daha doğrusu, əhali ehtiyacı olan malları əldə edə bilmir”.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »