Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Alt işçi qrupu rəhbərlərinin görüşü keçirilib
DGK DSC_0573

Xəbər verildiyi kimi, bu ilin 27 iyul tarixində Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş keçirilmişdir.

Həmin görüşün davamı olaraq sentyabrın 14-də Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistanın alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.

Üç ölkənin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Respublikası tərəfindən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Əfqanıstan İslam Respublikası tərəfindən Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat, Türkmənistan tərəfindən Dövlət Gömrük Xidmətinin sədr müavini Muhammed Muhammedov, eləcə də hər üç ölkənin gömrük xidmətinin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Əfqanıstan İslam Respublikasının Gəlirlər və Gömrük üzrə nazir müavini Eesa Qudrat gömrük və sərhəd məsələləri üzrə komitənin yol xəritəsini hazırladıqları üçün Azərbaycan Respublikasına xüsusi təşəkkürünü bildirib. O, yol xəritəsinin hər üç ölkədə gömrük və sərhəd məsələlərinin həllinə yönələn əməkdaşlıq çərçivəsinin hazırlanmasına mühüm dəstək olacağını qeyd edib. Əfqanıstan tərəfi yol xəritəsi ilə bağlı gömrük infrastrukturunun təkmilləşdirilməsi, insan müdaxiləsini azaltmaqla gömrük əməliyyatlarının sürətləndirilməsi, gömrük xidmətinin ən son texnologiyalar ilə təmin edilməsi, üç ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsinin aparılması, quru limanlarının layihələndirilməsi və modernləşdirilməsi, həmçinin TIR parklarının yaradılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və rəsmiləşdirilməsində istifadə edilən vahid avtomatlaşdırılmış idarəetmə sistem barədə məlumat verib, Azərbaycan gömrük xidmətinin ilkin məlumat mübadiləsi sahəsində geniş təcrübəyə malik olduğunu və “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”in imzalandığını və belə sənədin Əfqanıstanla da imzalanmasının qeyd olunan sahədə həyata keçirilən tədbirlərə

öz töhfəsini verəcəyini diqqətə çatdırıb. İsmayıl Hüseynov Azərbaycanın Rusiya, Ukrayna, İran və Gürcüstanla ilkin məlumat mübadiləsi mexanizminin mövcud olduğunu da qeyd edib.

Türkmənistan tərəfi tədbir zamanı yol xəritəsinə ikitərəfli Anlaşma Memorandumu və ya saziş üçün tədbirlər planı hazırlamaq, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün daimi işçi qrup yaratmaq və ilkin olaraq qadağan olunmuş malların siyahısını mübadilə etməklə bağlı təkliflər irəli sürüb.

Görüş zamanı yol xəritəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və növbəti görüşdə müzakirə olunacaq məsələlər barədə razılıq əldə olunub.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
Son xəbərlər
Bütün xəbərlər »