Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada azərbaycanlı onu cərimələyən polisi dişləyib

Rusiyanın Volqoqrad vilayətində Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarının əməkdaşının çiynini dişləyib.

Traktorozavodski Rayon Məhkəməsi həmin şəxs barəsində qərar verib.

Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşı inzibati xəta törədib. Hüquq-mühafizə orqanlarının əməkdaşı onun barəsində protokol tərtib etməyə başladıqda, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına hücum edərək çiynindən dişləyib.

Ona qarşı “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb.

Həmin şəxs səhvini etiraf edərək tutduğu əməldən peşman olduğunu bildirib.

Buna görə də o, yüngül cəza ilə cazalandırılıb. 10 min rubl (226 AZN) cərimələnib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »