Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Tik-Tok”un ABŞ-da yeni müştərisi bəlli oldu
TikTok

Çinin “ByteDance” şirkəti “Oracle” korporasiyasını “Tik-Tok” sosial şəbəkəsinin Amerika seqmentinin alıcısı olaraq seçib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “ByteDance” şirkətinin “Tik-Tok”u satmaq üçün ABŞ və Çin hökumətləri tərəfindən imzalanacaq sazişə ehtiyacı var.

Öz növbəsində “Microsoft”dan bildirilib ki, “ByteDance” ABŞ-dakı “Tik-Tok” bölməsini ona satmaqdan imtina edib.

“Oracle” korporasiyası “Microsoft”dan sonra gəlirlərinə görə ABŞ-da ikinci ən böyük proqram təminatı yaradıcısıdır.

Xatırladaq ki, Donald Tramp “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “Tik Tok” əlavəsinin ABŞ-da fəaliyyətini dayandıracağını bildirmişdi.(oxu.az)

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »