Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
NASA rəhbəri Venerada həyat əlamətinin aşkarlanmasını qiymətləndirdi
Venera

NASA rəhbəri Cim Braydenstayn Veneranın atmosferində fosfinin aşkar edilməsini Yerdən kənar həyatın hipotetik mövcudluğunun axtarışlarının bütün vaxtı ərzində "ən vacib hadisə" adlandırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Venerada həyat? Fosfinin aşkar edilməsi, anaerob biologiyanın əlavə məhsulu, Yerdən kənar həyatın mövcudluğunun xeyrinə inandırıcı dəlillərin yaradılmasında ən vacib hadisədir", - Braydenstayn özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbəri əlavə edib ki, "Veneraya ən mühüm diqqəti ayırmağın vaxtı çatıb".

Qeyd edək ki, Massaçusets və Kardifdən olan alimlər daha əvvəl Veneranın buludlarında fosfin qazı aşkarlayıblar. Onların ehtimalına görə, bu, həmin planetdə həyatın mövcudluğunu göstərə bilər. Alimlər tədqiqatlarının nəticəsini "Nature" jurnalında dərc ediblər.

Bu artıq Venerada həyatın mövcudluğu haqqında ilk fərziyə deyil. 2012-ci ilin yanvarında “Astronomik xəbərlər” elmi jurnalında Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun baş tədqiqatçısı Leonid Ksanfomaliti keçmiş SSRİ-nin "Venera-13" stansiyasının eniş modulundan alınan görüntülərin təhlilinə dair məqalə dərc edib. O, bununla bağlı fotolarda həşəratlara bənzər canlılar hesab etdiyi bir neçə obyekt aşkarlayıb.

Fosfin rəngsiz və çox zəhərli qazdır. O, Yer kürəsində anaeroblar – yəni oksigen tələb etməyən mikroorqanizmlər tərəfindən ifraz olunur.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »