Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reklam mesajlarının və SMS-in təhlükələri açıqlanıb

SMS-i açmazdan əvvəl hər zaman “Göndərən” sətrində əks olunan adı yoxlamalısınız. Əgər “Push-pəncərə”də “İnfo” kimi ümumi ad qeyd olunubsa, yaxud tanımadığınız nömrədən mesaj gəlibsə, onu açmaq tövsiyə olunmur.

“Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova xəbərdarlıq edib.

O, həmçinin “gəlib çatmayan MMS-ə” görə SMS-də göndərilən linkə keçməyi də məsləhət görməyib.

Mütəxəssis adı məlum olmayan və emosional bəzənmiş mesajların, yaxud aksiyalar və uduşlar haqqında ismarıcların tipik saxtakarlıq əlaməti olduğunu vurğulayıb.

“Bu cür SMS-lərdə olan viruslar şəxsi məlumatları oğurlaya və hətta istifadəçini kartdakı bütün vəsaitdən məhrum edə bilər”, - deyə Borovikova sözlərini yekunlaşdırıb.(oxu.az)

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevirdiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
››› Ən uzun və ən qısa oruc hansı şəhərlərdə tutulacaq
Son xəbərlər
Bütün xəbərlər »