Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransanın ən böyük iki şəhərində koronavirusa qarşı sərt tədbirlər tətbiq edilib

Fransanın ən böyük şəhərlərindən olan Marsel və Bordoda bazar ertəsindən koronavirusla mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər sərtləşdirilib.

APA xəbər verir ki, çimərliklərin fəaliyyəti, qocalar evlərinə ziyarət etmək, həmçinin, açıq havada ictimai tədbirlərdə iştirak və s. qadağan edilib.

Regional Səhiyyə idarəsinin rəhbəri Filip de Mester bildirib ki, bu qərar son həftələrdə COVID-19 infeksiyasına yoluxma hallarının daha da artması ilə əlaqədar qəbul edilib.

Provence-Alpes-Cote d’Azur bölgəsinin rəhbəri isə əlavə edib ki, 10 nəfərdən çox insanın qrup halında toplaşması, eləcə də məktəblilərin kollektiv gəzintisi, tələbə məclisləri də qadağan edilib.

Qeyd edək ki, vəziyyətdən asılı olaraq sərt məhdudiyyətlər oktyabrın 1-dək qüvvədə saxlanılacaq.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »