Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan pambıq ixracını 16% azaldıb
76677

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 91 702,18 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16% azalıb.

Cari ilin səkkiz ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,93%-a bərabər olub.

Hesabat dövründə ölkədən 77 629,42 min dollar dəyərində 58 164,67 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 10%, həcm göstəricisi üzrə isə 4,8% azdır.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədən 11 306,74 min dollar dəyərində (azalma 44%) 5 488,92 ton (azalma 34,2) iplik pambıq ixrac olunub.

Bu ilin səkkiz ayında pambıq idxalının dəyəri 3 920,14 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,5% azdır. Yanvar-avqust ayları üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,06% təşkil edib.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »