Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft bazarına daha bir zərbə

Hadisələrin gedişi göstərir ki, 2020-ci ilin son aylarında neft bazarında müsbət tendensiyalar qeydə alınmayacaq. Neftin qiyməti onsuz da aşağı düşməyə başlamışdı. Vəziyyətin yalnız pisləşəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, neft bazarı oktyabrda daha bir zərbə alacaq. İraq hökuməti ABŞ, Avropa və Asiya bazarı üçün qiyməti aşağı salmaq qərarına gəlib. İslam ölkəsi Səudiyyə Ərəbistanına qoşulmaq fikrinə düşüb.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Asiyalı müştərilər “Basrah Heavy” neftini 1, amerikalılar 0.75, avropalılar isə 2.65 dollar ucuz ala biləcək. “Basrah Light” nefti üçün güzəştlər 0.3-0.7 dollar arası dəyişəcək.

OPEK bu il çox sıxıntılar yaşayıb. Martda Rusiya ilə Səudiyyə Ərəbistanının ortaq məxrəcə gəlməməsinə, üstəlik, pandemiyanın başlamasına görə qiymətlər iki dəfə aşağı düşüb. Mayda OPEK+ razılaşmasına getmək məcburiyyəti yaranıb. Bu razılaşma özündə hasilatı kəskin azaltmağı əks etdirir. Amma İraq ümumi qaydalara əməl etmək istəmir. Müsəlman ölkəsi kvotanı 851 min barel aşır.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

İraqın dövlət büdcəsi neft gəlirlərindən çox asılıdır. Buna görə də Asiya dövləti hasilatın azaldılmasına heç vaxt isti yanaşmır.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »