Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus bankları rekord məbləğdə pul itirib

Avqustun 9-da baş tutan prezident seçkilərindən sonra Belarusda dərin siyasi böhran yaranıb. Bunun ölkə iqtisadiyyatına mənfi təsiri danılmazdır.

Bizimyol.info xəbər verir ki, Belarus bankları rekord məbləğdə pul itirib. Postsovet ölkəsinin Milli Bankının məlumatına görə, itki 650 milyon dollar və təxminən 1 milyard Belarus rublu (380 milyon dollar) qədər olub. Yəni ümumi itki 1 milyard dolları aşıb.

Minsk, Belarus Minsk, Belarus | Foto: Pixabay.com

Belarus 2003-cü ildən bəri heç belə ağır vəziyyətə düşməmişdi. Valyutanın ümumi həcmi 8.8 faiz azalıb, 6.48 milyard dollara enib.

Müştərilər banklardan əmanətlərini çıxarmağa başlayıb. Bank sektoru tamamilə iflasa uğramaq üzrədir. Belarus bankları müştəriləri itirməmək üçün faiz dərəcələrini artırmaq qərarına gəlib. Hətta əmanətlərə ili 15-20 faiz gəlir vəd olunur.

Belarus

Valyuta axınının qarşısını almaq üçün hesabdan pul çıxarmağa və valyuta alışına limit qoyulub. Bütün maneələrə baxmayaraq, belaruslular son bir ay ərzində 622 milyon dollarlıq xarici valyuta alıb. Bundan əvvəlki 7 ay ərzində cəmi 874 milyon dollara ehtiyac duyulmuşdu.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »