Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu sistemlərdən də imtina etdi, həkim danışdı: “Bədənin resursları tədricən tükənir”

Milli Şuranın və Müsavat partiyasının fəalı Tofiq Yaqublu sentyabrın 2-dən başladığı aclıq aksiyasını 13-cü gündür ki, davam etdirir. Sentyabrın 12-də istintaq təcridxanasından mülki xəstəxanaya – “City Hospital”a köçürülən T.Yaqublu hələ də klinikanın reanimasiya şöbəsindədir.

T.Yaqublunun qızı Nigar Həzi sentyabrın 14-də atası ilə görüşüb. N.Həzi bildirib ki, atası reanimasiyada mühafizə altında saxlanılır, görüşü də nəzarət altında baş tutub: “Bildirdi ki, bu gündən sistemlərdən də imtina edib. Hətta Adil bəy israr etsə belə, qəbul etməyəcəyini dedi. Heç bir qidalanmadan söhbət gedə bilməz. Vəkillərin də hər gün onunla görüşməsinə şərait yaradılmasını tələb etdi”.

N.Həzi atasının zəiflədiyini bildirib.

Sentyabrın 14-də T.Yaqublunun üç vəkilindən yalnız birini – Elçin Sadıqovu onunla görüşə buraxıblar. Digər iki vəkilin – Aqil Layıc və Nemət Kərimlinin isə görüşməsinə icazə verilməyib.

Vəkillər müvəkkillərilə görüşə buraxılmamasından narazı qalıb. Onlar bildiriblər ki, bu qadağa qanunsuzdur.

Hospitalda T.Yaqublunu müalicə edən vəkil Adil Qeybulla bildirib ki, T.Yaqublu aclığı dayandırmadığına görə onun həyatına təhlükə davam edir:

Adil Qeybulla

“Artıq aclığın 14-cü gününə keçir. Kifayət qədər qəti aclıqdır, heç bir qida qəbulundan söhbət gedə bilməz. Belə olan halda, bədənin resursları tədricən tükənir. Qlükoza tərkibli materialların resursu tükənir, ardınca əzələlər prosesə qoşulur. Sürətlə arıqlama gedir. Burada ən böyük problem odur ki, bu yaşda insanda resurslar aşağı olur. Üstəlik, yanaşı xəstəlikləri də nəzərə almaq lazımdır. Tofiq bəy bu aclığı davam etdirməkdə israrlıdır. Onun həyatı üçün təhlükə qalır. Ona görə də bu prosesdə tibbi nəzarəti həyata keçirmək üçün Penitensiar Xidmətə, istintaq təcridxanasından çıxandan sonra dövlət başçısına müraciət elədim. Xahiş elədim ki, hər hansı mülki tibbi xəstəxanaya, mənim nəzarətim altına köçürsünlər. Bu da həyata keçdi, sağ olsunlar. Tibbi nəzarət altındadır”.

T.Yaqublunun sistemlərdən də imtina etməsi barədə sualı cavablandıran həkim bildirib ki, bu şəkildə davam edərsə, getdikcə onun həyatına daha çox təhlükə yaranmış olacaq.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Bizimyol.info

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »