Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sabiq nazir: “Qarabağda hərbi əməliyyatlara başlamaq üçün əlverişli beynəlxalq mühit mövcuddur”
Tofiq Zülfüqarov

Qarabağda hərbi əməliyyatlar başalyacağı təqdirdə, Rusiya Ermənistanı açıqca müdafiə edib, Türkiyə və Azərbaycanla qarşı-qarşıya durmayacaq.

“Ölkə.az” xəbər verir ki, bunu açıqlamasında sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir deyib ki, artıq məlum Tovuz hadisələrindən sorna Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoyulub və bu proses getməkdədir.

Onun sözlərinə görə, bildiyiniz kimi məlum Tovuz hadisələrindən sonra Paşinyanın danışıqlarla bağlı 7 şərt isrəli sürdü və buna cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev də bir şərt irəli sürərək bəyan etdi ki, işğalçı ordu torpaqlardan çıxmalıdır və bunun xaricində hər hansı şərt ola bilməz. “Bununla da tərəflərin münaqişənin həlli ilə bağlı şərtləri bəllidir. Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığından, bunun alternativi olan hərbi fəaliyyət güclənib. Bu da yeni bir mərəhlənin başlanğıcı deməkdir”-sabiq nazir qeyd edib.

Rusiya Ermənistan münasibətlərinə toxunan sabiq nazir deyib ki, artıq uzun müddətdir bu iki ölkə arasında münasibətlər zəifləməkdədri və bu proses dərinləşməkdədir: “Hətta Tovuz hadisələrindən sonra gördük ki, Rusiyanın Ermənistana dəstəyi imitasiya xarakteri daşıdı. Artıq Rusiya Ermənistan hərbi bloku zəifləməkdədir.

Bunun fonunda isə Azərbaycan Türkiyə müttəfiqliyi siyasi və hərbi cəhətdən güclənməkdədir. Hərbi blok cəhətdən əlaqələrin güclənməsi daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Azərbaycan-Türkiyə hərbi təlimlərində F-16 hərbi təyyarələri oldu. Postsovet məkanında ilk dəfə idi ki, hərbi təlimlərdə F-16-lar iştirak edirdi. Bu çox vacib amil idi. İkinci vacib siyasi və hərbi amil qeyd etmək vacibdir. Bu da ondan ibarətdir ki, Türkiyə birmənalı şəkildə Naxçıvanla bağlı Qars müqaviləsinin şərtləri qüvvədə olduğunu Moskvanın diqqətinə çatdırdı. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, artıq bölgədə vəziyyət ciddi şəkildə Azərbaycanla Türkiyənin xeyrinə dəyişib. Bunu inkar etmək olmaz. O baxımdan münaqişə və maraqlı tərəfləri yeni yaranmış durumu ciddi şəkildə təhlil edib, nəticə çıxarmalıdırlar”.

Ermənistanın münaqişə ilə bağlı son dövrlərdə atdığı addımını şərh edən sabiq nazir bildirib ki, əslində Ermənistanın yaranmış duurmdan narahatçılığı və təşvişi kimi qiymətləndirmək lazımdır: “Ermənistan tərəfi populist addımlar atıb, bəyanatlar verməsi əslində onun ciddi təşviş keçirməsindən xəbər verir. Elə Anna Akopyanın alində avtomat ora-bura qaçması bu təşvişin bariz nümunəsidir”.

Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Moskvanın İrəvana dəstək verib-verməyəcəyinə gəldikdə T.Zülfüqarov deyib ki, Rusiya artıq öz problemləri ilə məşğuldur: “Bir yandan Belarus, Ukrayna,Qərb və sair kimi ciddi problemlərlə üzləşib. Ermənistan bu gün Rusiyanın gündəliyində duran 3-4-cü məsələdir. Təbii ki, Rusiya təbliğati baxımdan hər hansı addımlar ata bilər. Lakin Rusiya Ermənistanı müdafiə edərkən heç zaman istəməz ki, nə Türkiyə, nə də Azərbaycanla qarşı-qarşıya dursun. Bu mümkün olan şeydir.

Bəli, bizi qorxutmaq istəyirlər. Buna da o qədər əhəmiyyət verməməliyik. Birdəfəlik bilməliyik ki, bölgədə artıq Azərbaycanla Türkiyənin xeyrinədir”.

Belə bir əlverişli mühitdə Azərbaycan işğal altında olan torpaqlarını azad etmək istiqamətində əməliyyatalra başalaya bilərmi sualına gəldikdə sabiq nazir deyib ki, istisan deyil. “Hərbi əməliyyatlaırn başlanması dündəmdədir. Bunu təkcə biz yox, həm də beynəlxalq təhliçi və ekspertlər də bildirirlər ki, bölgə hərbi əməliyyatlar ərəfəsindədir. Beynəlxaql vəziyyəti də nəzərə alsaq o zaman torpaqları işğaldan azad etmək üçün çox əlverişli şərait yaranıb. ABŞ-da diqqət daha çox ölkədaxili prezident seçkilərinə yönəlib. Rusiaydada daha çox daxili siyasətə baş qarışıb. Hərbi əməliyyatlar olsa bəyanatlar və ya hansısa formada hərəkətlər ola bilər, bunlara da o qədər diqqət yetirmək lazım deyil”.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »