Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Bizdə rus məktəbi ilə rusdilli məktəb anlayışını qarışıq salıblar

“Bir var rus məktəbi, bir də var rus dilli məktəb. Bunlar mahiyyəti etibarı ilə çox fərqlidirlər. Təəsüf ki, təhsil sisteminə məsul olan şəxslər bu məsələyə lazımi qiymət verməyiblər”. Bu fikirləri sosioloq , professor Əhməd Qəşəmoğlu səsləndirib.

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

“İndi təhsil sistemimizdəki rus bölməsi barədə çox adam danışır. Onlar əsasən iki qrupa bölünüb: rus bölmələrinin bağlanmasını istəyənlər və bu məktəblərin faydasından danışanlar. Amma, təəsüf ki, hər iki tərəf çağrış xarakterində danışır. Məncə, müəyyən bir izahata ehtiyac vardır. Bir var rus məktəbi, bir də var rus dilli məktəb. Bunlar mahiyyəti etibarı ilə çox fərqlidirlər. Təəsüf ki, təhsil sisteminə məsul olan şəxslər bu məsələyə lazımi qiymət verməyiblər. İndiyə qədər rus bölməsi rus məktəbi olaraq fəaliyyət göstərib. Yəni dərsliklər əsasən rusiyadan gəlib, rus ideologiyasına xidmət edib. Ona görə də bu məktəblərdə oxuyanların bir çoxunda milli hisslər zəif olur. Onlar öz tarixlərini lazımınca bilmir, milli qəhrəmanlarını demək olar ki, tanımırlar. Bəzi şagirdlər elə orta məktəbdə oxuduğu zamandan öz millətinə bir az yuxarıdan aşağı baxır.

Amma bu məktəblər rus dilli, amma Azərbaycan mütəxəssislərinin hazırladığı dərsliklərlə dərs keçsələr insanlar bu qədər həyacanlanmaz, bu məktəblərin bağlanmasına çağrış etməzlər. Əksinə belə məktəblər faydalı da ola bilər. Təsəvvür edin ki, bu məktəblərdə bir vaxt oxuyan erməni şagirdlər Azərbaycan mədəniyyəti, tarixi barədə lazımi məlumat alsaydılar daşnakların təsiri altına belə tez düşməzdilər.

İndi də bu məktəblərdə Azərbaycan məhəbbətlə böyüyən xeyli gənclər yetişə bilər. Beləliklə, rus dilli məktəblərin sayını çoxaltmağa çalışanlardan tələb etmək lazımdır ki, orada təhsil sistemi milli maraqlara uyğun olaraq qurulsun. Milliyyətindən asılı olmayaraq hər bir şagird azərbaycan dilini də öyrənsin. Xüsusi ilə azərbaycanlıların öz ana dilini öyrənmələrinə böyük ehtiyac var! İnsanlar bilməlidir ki, ana dili insanın milli kodlarının açılmasında, daxili potensialının hərəkətə gəlməsində əvəzsiz rol oynayır.

Təbii ki, qısa bir zamanda bu qədər rus məktəbini qısa bir zamanda bağlamaq olmaz. Belə məktəblər ölkəmizdə olsa yaxşıdır. Amma, milli maraqlara uyğun olaraq rus dilli məktəblər kimi. Hindistandakı, bir çox başqa ölkələrdəki ingilis dilli, amma milli maraqlara xidmət edən məktəblər kimi. Rus məktəbi kimi yox! Buna az bir zamanda nail olmaq olar”,- deyə professor bildirib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »