Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir

Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını yaradır. Bu şəraitdə məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alan məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması polis əməkdaşlarının qarşısında vacib məsələ kimi dayanır.Bu məqsədlə “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə konkret tədbirlər görülür.

Təhsil müəssisələrinin yerləşdiyi ərazilər, azyaşlı uşaqların toplaşdığı yerlər, onların hərəkət marşrutları, yol şəraiti müayinə olunaraq təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »