Salyan rayonunda yanğın hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, rayonunun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında “Муравей” markalı motosikletin yanar hissələri yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;