Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silvio Berluskoni xəstəxanadan evə buraxılıb

Yeni növ koronavirusa (COVID-19) yoluxmuş İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni xəstəxanadan evə buraxılıb.

APA-nın ANSA-ya istinadən verdiyi xəbərə görə, 83 yaşlı siyasətçi xəstəxanadan çıxdıqdan sonra qısa açıqlama verib.

"Gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həyatımdakı ən təhlükəli sınaq idi", deyə "Forza Italia" partiyasının lideri bildirib.

Berluskoni bu müddətdə ona dəstək verən italyan siyasətçilərinə təşəkkür edib.

"Bu dəstək ən çətin anlardan ibarət olan ilk üç günün öhdəsindən gəlməyimə kömək etdi. Fikirlərim çox sayda COVID-19 xəstəsinin və onların ailələrinin yanındadır. Hər birimiz başqalarını yoluxdurma riski daşıyırıq və bir daha hər kəsi şəxsi və sosial məsuliyyəti maksimum dərəcədə artırmağa çağırıram", Silvia Berluskoni deyib.

Keçmiş Baş nazirin bərpa müddətinin qalan hissəsini Milan yaxınlığındakı villasında keçirəcəyi bildirilir.

Xatırladaq ki, Silvia Berluskoni koronavirus infeksiyasına yoluxduqdan sonra sentyabrın 3-də Milandakı "San Rafaello" xəstəxanasına yerləşdirilmişdi. Həkimlər ona ağciyərlərdə ikitərəfli pnevmoniyanın ilkin mərhələsi diaqnozunu qoymuşdu.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər
››› Göründüyündən də böyük hadisə
››› Bayden G7 sammitində protokolu pozub
Son xəbərlər
Bütün xəbərlər »