Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəribə səbəb: Arvadını çox təmizkar olduğu üçün boşadı - Video

Antalyada yaşayan 1 uşaq atası, 40 yaşlı Ali Ö. arvadını həddən artıq təmizkar olduğuna görə boşamağa qərar verib.

Bizimyol.info xəbər verir ki, o xanımının dayanmadan ev təmizləyib hər tərəfi dezinfeksiya etməsi səbəbilə evdəki mebellərin köhnəlib sıradan çıxdığını, ən pisi isə özünün müntəzəm olaraq onun tərəfindən danlandığını bildirib.

“Öz evimdə sığıntı kimi yaşayırdım. Ev təmizləməyə başlayanda uşağı da otaqlardan birinə salıb qapını üzünə bağlayırdı.Qapı, mebel, pəncərə şüşələri daxil hər yer hər gün bir neçə dəfə təmizlənir. Hər sabah yerimdən qalxar- qalxmaz yatağımı yorğan-döşək qarışıq yuyur. Bir günə bir paket yaş salfet bitir. Evə təmizlik şampunları, sabun, dezinfeksiya məhsulları almaqdan yorulmuşam. Ayda 600-700 TL təmizlik məhsullarına xərcim çıxır” deyən ər bildirib ki, görücü üsulu ilə evləndiyi xanımı subaykən təmizlik xəstəsi olmasını ondan gizlədib.

“Nə ana-atamı, nə də dostlarımı evə qonaq çağıra bilmirəm. Həyat yoldaşım evi çirkləndirib, mikrob yayacaqlarını deyərək, evimizə heç kimi buraxmır. Mən öz evimdə rahat hərəkət edə bilmirəm”,- deyə bezmiş ər məhkəmədə bildirib.

Ər evlilik müddətində xanımın ona 40 000 TL maddi ziyan vurduğunu da bəyan edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »