Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fatih Terim "Neftçi"nin zəif və güclü tərəflərini futbolçularına göstərdi

Türkiyə "Qalatasaray"ı UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim flaqmanın güclü və zəif tərəflərini analizlərlə futbolçularına başa salıb.

Superliqanın ilk turunun "Qaziantep"lə matçında (3:1) sərgilənən oyun və qazanılan qələbə "ağ-qaralar"la matç öncəsi məşqçilər heyətini sevindirib.

Bundan başqa, sözügedən görüşdə zədələnən Emre Kılınçın durumunun ciddi olmadığı və Azərbaycan təmsilçisinə qarşı oynaya biləcəyi vurğulanıb.

Yarımmüdafiə xəttini gücləndirmək üçün transfer işlərini də davam etdirən İstanbul klubu Portuqaliya "Sportinq"inin futbolçusu İdrissa Dumbiya ilə yaxından maraqlanır. "Cim-Bom" 22 yaşlı kot-D ivuarlı yunçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
Son xəbərlər
Bütün xəbərlər »