Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FED-in qərarından sonra Azərbaycanda dollar bahalaşacaqmı?
“Bu gün dünyada valyuta bazarları ABŞ dollarının məzənnəsilə bağlı bahalaşmaya hazırdır. Ona görə də, dolların dəyərinin artımı bazarda çaşqınlıq yaratmır”.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, FED-in qərarından sonra ilkin dövrdə ABŞ dollarının bahalaşması labüddür.

FED-in qərarından sonra təbii olaraq dünyanın valyuta bazarında ABŞ dolların qiymətində bahalaşma müşahidə olunacaq. Bahalaşmadan bir müddət sonra isə qiymətlə yenidən sabitləşəcək”, - deyə S. Əliyev bildirib.

İqtisadçı deyir ki, FED-in qərarının Azərbaycana birbaşa təsiri olmayacaq:

“Çünki Neft Fondundan Mərkəzə Bankda 7,5 milyard pul ayrılıb. Bu vəsait dolların stabil dəyərdə saxlanmasına imkan verəcək. FED-in uçot dərəcələrini qaldırması və neftin ucuzlaşması ola bilsin ki, valyuta bazarında bir qədər gərginlik yaratsın”.

Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) növbəti iclası keçirilib. Direktorlar Şurası iki günlük iclasın nəticəsi olaraq bu gün baza faiz dərəcəsini müəyyən edib. İclasda əsas uçot dərəcəsini 1-1,25%-dək artırmaq barədə qərar qəbul olunub. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »