Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məmurlar niyə bir neçə vəzifə tutur, ölkədə başı işləyən ayrı adam yoxdurmu?.."

Ramiz Mehdiyev və Əli Həsənov özlərindən öncə işdən ayrılmış (köklərindən bir təhər dartıb ayrıaraq zorla göndərilmiş) digər səsləfləri kimi onlarla müxtəlif vəziəflərin sahibləri idilər. Hansısa komissiyaların üzvləri və ya sədrləri, hansısa kafedraların müdirləri, hansısa universitetlərin fəxri professorları, adi ölümlülərin varlığından belə xəbərsiz olduqları mühüm – mühüm vəzifələrin, agentliklərin rəhbərləri idilər.

Adama elə gəlir ki, elə bir onların bu tutduqları vəziəfləri boşaltmaları ilə ölkədə işsizlik problemini həll etmək olar. Ömründə içinə girmədikləri kabinetləri, üzünü görmədikləri iş masalarını zəbt eləmək bu adamların vəzifdə köklərini bərkitmək istəyindən irəli gəlir ya gözlərinin doymamasından? Bunu bilmirəm. Bildiyim odur ki, bu qədər işə paralel halda rəhbərlik etmək üçün ya fövqəlbəşər olmalısan ya da sadəcə yarıtmamalısan.

Etibar Əliyev Etibar Əliyev

Deputat Etibar Əliyev də eyni fikirdədir. “Uzun illərdir ki, vəzifəli şəxslərin Dövlət Ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu elmə və təhsilə hörmətsizlikdır. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da yan keçməyib.

Akademiyada "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müdiri Ramiz Mehdiyevdir.

"Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının müdiri Əli Həsənovdur.

"Fəlsəfə və sosial psixologiya" kafedrasının müdiri isə Prezident Adminstarsiyasında işləyən, fəlsəfədən və sosial psixologiyadan xəbərsiz Etibar Nəcəfovdur.

Rektordan soruşmaq lazımdır. Rəhbərlik etdiyi Ali məktəbin üç mühüm kafedrasının müdirlərini axırıncı dəfə Akademiyada nə zaman görüb?”.

Yaxşı olardı ki, paralel vəzifə daşıyan bütün məmurlar araşdırılsın, hər kəs öz işinin başında dayansın. Tutduğu paralel vəziəflərdən azad edilmə isə yalnız sabiqlərə, işdən çıxarılanlara aid edilməsin.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olmuş Əli Abbasov texnika elmləri doktoru, akademikdir. Sabiq nazir hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri vəzifəsini icra edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdiridir. O da bu vəzifəni nazir kreslosunu təhvil verdikdən sonra tutub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş Qərib Məmmədov BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir .Belələrinin sayı da az deyil.

Xeyir ola, ölkədə başı işləyən ayrı adam yoxdurmu, yoxsa vəzifə ancaq başımıza çıxarılanlar üçündür?

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
Son xəbərlər
Bütün xəbərlər »