Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis maskasız sürücü və sərnişinlərə qarşı reyd keçirib

Xırdalan şəhərində ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə qarşı reyd keçirilib, 30-dan artıq şəxs şəxs cərimə olunub.

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib. Reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.

Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib. Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30 dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.

Qeyd edək ki, Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »