Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat məktəbi – Qiymət balla deyil, ortaya qoyduqlarımızla ölçülür

İctimai telekanalda “Əlaçı” deyə bir proqram var. Azərbaycanın müxtəlif rayonlarından savadına, biliyinə, dünyagörüşünə güvənən şagirdlər yarışmaya qatılıb, özlərini sınağa çəkirlər. Ən güclülər qalib gəlir. Hər şagird də studiyaya öz yaxını ilə gəlir - ya valideyni, ya dostları olmalıdır. Olmalıdır ona görə deyirəm ki, telekanalda bilik yarışına qatılan bir şagirdi rayonun təhsil şöbəsinin müdiri niyə müşayiət etməlidir ki? Əziyyət çəkən valideynidir və müəllimidir. Şagird üzərindən özlərinə xal qazanmağa çalışırlar.

Şagird orta məktəbdə oxuyarkən repetitor yanına sürünməkdən ayaqlarına qara sular enir, bir saat dincələ bilmir, amma uğurlu olub yüksək bal toplasa tərifi məktəb qazanır. O məktəb ki, son illər tədris səviyyəsi sıfıra enib.Şagirdlərin yox, valideynlərin yarış meydanına çevrilib, eqo savaşlarının reallaşdığı məkana dönüb.

Azərbaycanda hər ailədən mütləq şəkildə bir diplomşu şəxs çıxır. Azərbaycanda mütləq şəkildə qara bazarda fəhlə işləyənjlərin də diplomu var. Ali məktəbə getmək valideynin sosial şəbəkələr üzərindən sevinc paylaşmaq, qonşulara acıq vermək imkanıdır. Diplom ədə edib mütləq iş tapmaq imkanı deyil.Eyni dərd müəllimlərə də aiddir.

60 mümkün baldan 56 bal toplayan müəllim doğulub-yaşadığı yerdə özünə ixtisasa uyğun iş tapa bilmirsə, onda bu ixtisaslar üzrə kadr hazırlığına dövlət büdcəsindən para xərcləməyin nə anlamı?

Tanıdığım və savadına tədris qabiliyyətinə inandığım 2 müəllim son 3 ildə hər il 53-56 bal toplayır, amma müəllim kimi işə düzəlmək arzusu hələ də arzu olaraq qalır.

700 bal toplayıb ali məktəblərə qəbul olan o təlbələrin sonrakı taleyi necə olur, bilən varmı?

Ümumiyyətlə, bu 700 ballıq qiymətləndirmə sistemi özü çox adildirmi? Ali məktəbi alnının təri, gözünün nuru ilə bitirən kasıb balası nə üçün sonda bir papanın gül balasının əlinin altında işləyib, onun anlamsız, məntiqsiz əmrlərinə tabe olmalı, işdən qovulmaq qorxusu ilə yaşamalıdır?

Sovet dövrü ilə müqayisədə indi kasıbın balasının da rüşvətsiz ali təhsil almaq imkanları yaranıb. Bu həqiqətdir. Amma o zamanlar orta məktəb hərtərəfli təhsil imkanı verirdi. Müəllim sinifə girib uşaqlara “yanıma hazırlığa gəlin, gəlməyənin qiymətləri yaxşı olmayacaq” kimi eyhamlar vurmurdu.

Çin, Yaponiya kimi ölkələr insan resurslarına güvənərək bizim neftdən əldə etdiyimizdən daha çox gəlir əldə edir. Çin Huawei smartfonunun yalnız iki modelinin satışından bir ildə 1,3 trilyard dollar gəlir əldə edir. Təhsilə bu qədər marağı olan bir millətə açın bu ölkənin ali məktəblərinin qapılarını, kim istəyir girsin, amma kim istəyir qurtara bilməsin, oxumasa, o diplomu ala bilməsin. Zəhmətlə qazandığı pulların axıb getdiyini dərk edincə ya oxuyacaq, ya da oxumaq istəməyib lazım olan bir peşənin qulpundan yapışacaq. Və ən əsası peşə öyrənməyə aşağı bir iş kimi baxmayacaq.

Valideynlər, uşaqlarınıza balıq verməyin, balıq tutmağı öyrədin,öz qanadları ilə uçmağı öyrədin, kimsəyə yox, öz beyinlərinə, əllərinin zəhmətinə güvənməyi öyrədin. Öyrədin ki, həyatla savaşmağı bacarsınlar, tək qalanda, həyata atılanda sudan çıxmış balığa dönməsinlər. Övladı sevmək onu mənəvi şikəst etmək demək deyil. Həyat da bir məktəbdir. Və biz onu diplom almadan sona qədər oxuyuruq. Öncə övlad, sonra valideyn olmaq üçün.İmtahan qiyməti də ballıq sistemlə ölçülmür, xoşbəxt və bədbəxt etdiklərimizlə ölçülür.

İlhamə

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »