Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu atəşkəs rejimini 32 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »