Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Makronun rəhbərliyi ilə burada təxribat törədilir”

“Bunun adı təhrik deyil nədir? 18 ada Yunanıstan tərəfindən silahlandırılıb. Bu gərginliyi artırır və qarşılıqlı dialoqa imkan vermir. Meis adası silahlandırılmadan təmizlənməlidir”.

APA-nın xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Antalyadakı Kaş rayonunda Topçu Kapitanı Mustafa Ertuğrul Akerin anım mərasimində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, Türkiyə sülhün, sabitliyin tərəfində olduğu halda , Yunanıstan başqa ölkələrin, xüsusilə də Fransanın fitvasına gedərək bu gərginliklərin artırılmasına yol verir: “Makronun rəhbərliyi ilə burada təxribat törədilir. Fransa prezidenti Makronun bu addımları ilə açıq-aşkar şəxsi mənfəətini güdməsi ortadadır. Amma Makronun rəhbərliyi altında həyata keçirilən siyasətlərin nəticə vermədiyi aydındır, bunu ört-basdır etmək üçün bəzi rollar oynamağa çalışırlar”.

H.Akar bir daha bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində yaranan problemlərin danışıqlar yolu ilə həllini təklif edir, lakin Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir: “Türkiyənin və Kipr türklərinin haqq və hüquqları tanınmalıdır”.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »