Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazirdən müəllimlərin işə qəbulu ilə bağlı suallara cavab - Video
Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, nazirin suallara video cavabı nazirliyin “Facebook” səhifəsində yerləşdirilib. E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə elan edilmiş vakansiyalar ötən ildə elan edilmiş vakansiyaların sayından çoxdur:

“Bu il ümumilikdə 8322 vakant yer elan edilib ki, bu da ötənilki saydan 1014 yer və ya 14 faiz çoxdur. Eyni zamanda Azərbaycan və rus bölməsi üzrə də elan edilmiş vakansiyalar ötən ildəkilərdən müsbət dinamika ilə fərqlənir, yəni artmışdır.

İxtisaslara gəldikdə isə bəzi ixtisaslarda vakant yerlər artmış, bəzi ixtisaslarda eyni qalmış, bəzilərində isə azalmışdır. Artan ixtisaslar kimya, ingilis dili, riyaziyyat, musiqi, təsviri incəsənət, rus dili, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Azalan ixtisaslar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, fizikadır. İnformatika, tarix coğrafiya, biologiya, fransız dili üzrə eyni sayda vakant yer təqdim edilib.

Bölgələrə gəldikdə isə Bakı,Gəncə, Sabirabad, Lacın, Saatlı, Gədəbəy, İmişli və və digər ərazilərdə vakant yerlərin sayı azalıb. Quba, Beyləqan, Yardımlıda isə yerlərin sayı artıb.

Bir daha vurğulamaq istəyirəm ki, bu mərhələdə vakant yerlərin sayı ilkin mərhələdir, bundan sonra da təhlillər aparılaraq müvafiq qaydada əlavə vacant yerlər də elan ediləcək”.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »