Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İkinci qrup əlil: “Dedim ki, başımda plastmas var, yenə də döyürdülər”

Bakının Yasamal rayonunda yaşayan ikinci qrup əlil Fuad Əliyev sentyabrın 9-da metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı mağazanın sahibi və polislər tərəfindən döyüldüyünü iddia edir.

Bizimyol.info xəbər verir ki, F.Əliyev bununla əlaqədar prokurorluğa, Ombudsman Aparatına və başqa dövlət orqanlarına şikayət edib. O, hadisə yerindəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilməsini, onu döyənlərin müəyyənləşdirilib cəzalandırılmasını istəyir.

1973-cü il təvəllüdlü F.Əliyev özü hüquqşünasdır. Bir neçə il əvvəl başından əməliyyat olunub. Əməliyyat zamanı başına plastmas qoyulub. F.Əliyevin şikayət məktubunda yazdığına görə, onu döyən polislərə də əlil olduğunu, başına plastmas qoyulduğunu deyib. Lakin xeyri olmayıb.

F.Əliyevin sözlərinə görə, mağazada onunla satıcı arasında mübahisə yaranıb, bu zaman müdir gəlib və onu təhqir edib. O da cavab verib. Mağazadan çıxıb getmək istəyəndə polislər onu tutub döyməyə başlayıb: “Dedim ki, əliləm, başımdan ağır əməliyyat keçirmişəm, plastmas qoyulub. Yenı də döyürdülər. Bütün ağzım-burnum qan idi. Sonra polis maşınında 29-cu polis bölməsinə apardılar. Maşında da döyürdülər”.

F.Əliyev onu da bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi dərhal müraciətinə reaksiya verib, şikayəti araşdırılıb: “Daxili İşlər Nazirliyinin rəhbərliyinə buna görə təşəkkür edirəm. Şikayətimdən bir gün sonra məni 29-cu polis bölməsinə çağırdılar. Bölmənin rəhbərliyi bildirdi ki, araşdırılıb, mənə qarşı zor tətbiq edənlər 29-cu bölmənin əməkdaşları olmayıb. Deyəsən, Çevik Polis Alayının əməkdaşları olub. Həqiqətən məni 29-cu bölmədə döyməyiblər. Hadisə yerində və maşında döyüblər. İstədiyim də odur ki, kim günahkardırsa, o cəzalandırılsın”.

Bakı şəhər Baş Polis İdarəsindən də bildirilib ki, F.Əliyevin şikayəti araşdırılıb. Məlum olub ki, o, sentyabrın 9-da axşam saat 17.00 radələrində Şərifzadə küçəsindəki geyim mağazasına sərxoş vəziyyətdə daxil olub, satıcıları və müdiri təhqir edib: “Fuad Əliyev mağaza müdiriyyətinin müraciəti əsasında 29-cu polis bölməsinə gətirilib. Araşdırma zamanı Fuad Əliyev müayinədən keçirilib. Onun alkoqol sərxoşluq vəziyyətində olması, eləcə də alın və burun nahiyəsində sıyrıntılar aşkarlanıb. Bu fakt aktlaşdırılıb. Toplanmış materiallar əsasında onun barəsində tutma haqqında protokol tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə 50 manat cərimələnib”.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »