Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.

T.Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan edib, vəkilləri isə hökmdən apellyasiya şikayətləri veriblər.

Onunla müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.

Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.

Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.

T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb.

A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək". (Qafqazinfo.az)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
Son xəbərlər
Bütün xəbərlər »