Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Konor Makqreqor qeyri-etik davranışlarına görə Fransa polisi tərəfindən saxlanılıb
Konor Makqreqor

İki çəki dərəcəsində qarışıq döyüş növü üzrə keçmiş UFC çempionu İrlandiyalı Konor Makqreqor qeyri-etik davranışlarına görə Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.

APA-nın verdiyi məlumata görə, idmançı nümayişkaranə cinsi davranışda günahlandırılır.

32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Makqreqor ilk dəfə 2019-cu ildə məsuliyyətə cəlb edilib. Həmin ilin noyabr ayında o, Dublində görmə problemindən əziyyət çəkən yaşlı kişini döyməkdə günahlandırılmışdı. Sonra İrlandiyalı həbsxanadan qaçsa da, məhkəmə onu cərimələmişdi.

Xatırladaq ki, Makqreqor bu ilin iyun ayında karyerasını başa vurduğunu elan edib. O, UFC-nin ən populyar döyüşçülərindən biridir. Qarışıq döyüş növlərində 26 döyüş keçirib. 22 qələbəsi, 4 məğlubiyyət olub. İlk dəfə UFC titulunu 2015-ci ildə qazanıb. Eyni vaxtda fərqli çəki dərəcələrində iki titul qazanan ilk döyüşçü olub.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »