Astarada bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə hadisə Kijəbə qəsəbə ərazi inzibati dairəsinə aid olan Burzubənd kəndində baş verib.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Emin İlham oğlu Əliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya gövdənin sol nahiyəsinin kəsimiş-deşilmiş yarası, dalaq və mədənin yırtığı diaqnozu qoyulub və yaralı təcili əməliyyat olunub.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.