Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adil Qeybulla: "Tofiq Yaqublu hospitala köçürülüb"

“Tofiq Yaqublu aclıq etdiyi Bakı İstintaq Təcridxanasından "City Hospital"a köçürülüb. Mənim şəxsi nəzarətimdədir. Ona venadaxili infuziya edirik, bəzi vitaminlər köçürük".

Bizimyol.info xəbər verir ki, bunu açıqlamasında həkim Adil Qeybulla deyib.

Qeyd edək ki, dünən həkim Adil Qeybullanın T.Yaqublunun ailəsinin müraciəti əsasında təcridxanada onu müalicə etməsinə şərait yaradılıb.

Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.

Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »