Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zirə” klubu Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün II turunun növbəti oyunu keçirilib.

Bizimyol.info xəbər verir ki, turun ikinci oyun günündə “Səbail” klubu öz meydanında “Zirə”ni qəbul edib.

Qarşılaşma zirəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 47-ci dəqiqədə açılıb. “Zirə”nin futbolçusu Davit Volkov fərqlənib. Qoldan 20 dəqiqə sonra “Zirə” hesab arasında fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini Ruslan Qurbanov dəqiq zərbə ilə tamamlayıb.

Beləliklə, “Zirə” mövsümdə Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Səbail” isə ardıcıl ikinci məğlubiyyətini qazanaraq xalsızdı.

Xatırladaq ki, turun ilk oyun günündə “Neftçi” klubu “Sumqayıt”a məğlub olub. “Qarabağ” - “Keşlə” oyununda isə qalib müəyyənləşməyib - 0:0.

Tura ayın 13-də baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevirdiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
››› Ən uzun və ən qısa oruc hansı şəhərlərdə tutulacaq
Son xəbərlər
Bütün xəbərlər »