Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
Tofiq (1)

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu  Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb.

"Tofiq Yaqublu indilərdə City Hospitala gətirilir.

Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilir.

Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur", - deyə N.Həzi bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11-ci gündür ki, həsxanada aclıq aksiyası keçirir.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir. Hökmdən apelyasiya şikayəti verilib.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »