Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poçtdan 100 il əvvəl ünvanlanan açıqca aşkar edilib

ABŞ-ın Miçiqan ştatında yaşayan qadının ünvanına 100 il əvvəl göndərilən poçt açıqcası daxil olub.

Bu barədə CNN telekanalı məlumat yayıb.

30 yaşlı Brittani Kiç ona ünvanlanan poçt bağlamasının içindən köhnə açıqca tapdığına çox təəccüblənib.

O, əvvəl açıqcaya çox əhəmiyyət verməyib. Yalnız bir müddət sonra qadın açıqcanın üzərindəki 29 oktyabr 1920-ci il tarixli poçt markasına diqqət yetirib.

Açıqca Floss Berdjess tərəfindən Roy Makkuin adlı şəxsə ünvanlanıb.

Açıqça Hellouin bayramı münasibəti ilə hazırlanıb, onun üzərində qara pişik, qaz, bayquş və əl ağacı tutmuş qadının təsvirləri var.

B.Kiç açıqcanın fotosunu sosial şəbəkələrdə yerləşdirərək orada adları qeyd olunan şəxslərin qohumlarını tapıb məktubu onlara təhvil verməyi düşünür.(oxu.az)

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevirdiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
››› Ən uzun və ən qısa oruc hansı şəhərlərdə tutulacaq
Son xəbərlər
Bütün xəbərlər »