Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu: Buradakı həkimlər hər an komaya düşəcəyimdən qorxur

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu 11-ci gündür ki, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında aclığı davam etdirir. T.Yaqublu sentyabrın 12-də ailə üzvlərilə telefon söhbətində deyib ki, saxlandığı istintaq təcridxanasının həkimləri hər an onun komaya düşəcəyindən ehtiyatlanır. Bu barədə  T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

T.Yaqublu yaxınlarına deyib ki, bir gün öncə həkim Adil Qeybullanın ona sistem köçürməsinə şərtlə razılıq verib.

"Adil Qeybulla israrla sistem köçürülməsinin vacibliyini bildirdi. Həmin sistemin qida tərkibli olmadığına məni inandırandan sonra razı oldum. Bunu da yalnız bir dəfə, Adil doktorun özünün edə biləcəyini dedim. Buradakı həkimlər də mənim hər an komaya düşəcəyimi bildirdilər. Sistem köçürülməsindən sonra da dəyişən heç nə olmadı. Yenə gecə səhərə kimi yatmamışam. Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var. Buradakı həkimlər də həyəcan içindədilər. Mənim hər an komaya düşəcəyimdən qorxurlar. Hər gün sürətlə geriyə doğru gedirəm", - T.Yaqublu belə deyib.

Həbs yerlərində saxlanılan şəxslərin həftədə iki dəfə yaxınları ilə telefon danışığı hüququ var. T.Yaqublu həftənin çərşənbə və şənbə günləri ailəsilə əlaqə saxlaya bilir. O, sentyabrın 12-də gün başlayan kimi bu hüququndan istifadə etmək istəsə də, gözlədiblər: "Səhər tezdən evə zəng eləmək istəyirdim. Bilirəm ki, siz mənə görə çox narahatsınız. Zənglərimi dinləyən adam hələ işə gəlməmişdi deyə, icazə vermədilər. Müəssisə rəhbərliyindən tələb edirəm, mən gündə iki dəfə ailəmlə danışmalıyam. Onlar mənə görə çox narahatdılar. Buradakı digər məhbuslara gündə 2-3 dəfə zəng imkanı yaradıqları halda, mənə qarşı, hətta belə durumda da qərəz göstərirlər".

N.Həzinin sözlərinə görə, atası istər ölkə daxilində, istərsə də xaricdə ona dəstək məqsədilə aclıq edənlərə minnətdarlığının çatdırılmasını istəyib.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »