Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” tətbiq hazırlamaq qaydalarını yeniləyib

“Apple” şirkəti bu ayın sonunda iOS14 əməliyyat sisteminin tətbiqi ərəfəsində tətbiqlər yükləmə bölümü olan “App Store” ilə bağlı qaydalara dəyişikliklər edib.

“Report” “CNBC”yə istinadən xəbər verir ki, bundan belə “Google Stadia”, “Microsoft xCloud” kimi striminq platformlardakı oyunlar xüsusi əlavədən yox, bilavasitə “App Store”dan yüklənməlidir.

“Microsoft” şirkətindən bu yeniliyi tənqid edərək oyunçular üçün əlverişli olmadığını bildiriblər.

Qeyd edək ki, hazırda “Apple” ilə “Fortnite” oyununu hazırlayan “Epic Games” şirkəti arasında məhkəmə davası gedir. Belə ki, “Epic Games” həmin oyununda “Apple”-a 30 faizlik komissiya haqqı ödəməmək imkanı yaradan yeni ödəniş sistemi tətbiq edib. Buna görə “Apple” “App Store”ın istifadəsinə dair müqavilənin pozulması ilə bağlı məhkəməyə üz tutub.

Son xəbərlər
Bütün xəbərlər »