Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran məşhur güləşçini edam etdi

İdmanın güləş növü üzrə İran çempionu, 27 yaşlı Nəvid Əfkari bu gün səhər saatlarında edam edilib.

Virtualaz.org bildirir ki, məlumatı “Fars” agentliyi yayıb.

Güləşçi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli bilinib.

N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində bir nəfər mühafizəçini qətlə yetirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında İran tərəfinə N.Əfkarinin edam olunmaması ilə bağlı çağırış etmişdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »