Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın büdcə kəsiri 300 milyon dollar azalıb

Bu ilin avqust ayında ABŞ federal hökumətinin büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 300 milyon ABŞ dolları və ya 0,1% azalaraq 200,1 milyard ABŞ dollara enib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi büdcə balansı hesabatında açıqlayıb.

Məlumata görə, 2019-cu ilin oktyabrın 1-də başlayan və 2020-ci il sentyabrın 30-da yekunlaşacaq maliyyə ilinin oktyabr-avqust aylarında ümumi büdcə kəsiri isə 3 trilyon ABŞ dollara (illik müqayisədə 2,8 dəfə artıb) yüksəlib.

Bu ilin avqustunda hökumətin gəlirləri 2,1% azalaraq 223,2 milyard ABŞ dollara, xərcləri isə 1,2% azalaraq 423,3 milyard ABŞ dollara enib. 2020-ci maliyyə ilinin ilk 11 ayında isə hökumətin gəlirləri 3,04 trilyon ABŞ dolları (1,3% az), xərcləri isə 6,05 trilyon ABŞ dolları (45,7% çox) təşkil edib.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal büdcə kəsirinin bu il 3,3 trilyon ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırmışdı.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »