Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” hərəkatı ilə Əfqanıstan hökuməti barışır...

Sentyabrın 12-də Qətərin paytaxtı Dohada “Taliban” hərəkatı ilə Əfqanıstan hökuməti arasında sülh danışıqları başlayıb.

Xarici KİV bildirir ki, danışıqlarda Əfqanıstan hökumətinin nümayəndə heyətinə Milli Barışıq üzrə Ali Şuranın sədri Abdullah Abdullah, “Taliban” hərəkatının nümayəndə heyətinə isə Mövlavi Əbdül Hakim başçılıq edir. Danışıqların əsas mövzusu atəşkəs rejimi və münaqişənin siyasi yolla nizamlanması olacaq.

Danışıqlar prosesinin açılışında çıxış edən Abdullah Abdullah vurğulayıb ki, “bu gün müharibənin sona çatması günü kimi yadda qalacaq”. Onun sözlərinə görə, “tərəflər Əfqanıstana sülh gətirməkdə tam qətiyyətlidir”.

Bir müddət öncə, sentyabr ayında Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh bunun “tarixdə ən çətin sülh danışıqları olacağını” deyib.

Azərtac xatırladır ki, 19 il bundan öncə, 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ qoşunları Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Bu, ABŞ tarixində ən uzun sürən hərbi kampaniya olub. Birləşmiş Ştatlar münaqişə dövrü ərzində 2,4 mindən çox hərbçisini itirib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »