Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan vacib mesajlar verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 sentyabr hərbi qiyamın ildönümündə vacib mesajlar verəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri ölkəsində hərbi qiyamlara qarşı atılan addımlardan danışacaq.

Bildirilir ki, bu gün üzərindən 40 il keçən 12 sentyabr günahkarları AKP tərəfindən referendumla qəbul edilmiş konstitusiya dəyişikliyi sayəsində mühakimə olunub. Eyni zamanda, 27 Mayın acı xatirəsi olan Yassıada Demokratiya və Azadlıq adasına çevrilib, burada keçirilən məhkəmə prosesləri etibarsız sayılıb.

Xatırladaq ki, ölkədə demokratiyaya ciddi zərbə vuran hərbi çevriliş 1980-ci il sentyabrın 12-də səhər Türkiyənin TRT radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasının ardından başlayıb. “Bayraq hərəkatı” olaraq bilinən hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv edilərək antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəf alan inqilabçılar Türk Hava Qurumu, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Cəmiyyəti istisna olmaqla bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Türkiyənin Baş Naziri Süleyman Dəmirəl başda olmaqla bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.

Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verir. Doqquz il davam edən yeni hərbi dövrdə ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »