Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Toydan sonra nağara": Siyavuş Novruzov iclas keçirəcək

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.

Ramiz Mehdiyevin nəvəsinin toyu Siyavuş Novruzv (solda arxa planda), Səbinə Əliyeva (ortada), İlham Əliyev (toy sahibi, sağda)

Xatırladaq ki, S.Novruzov karantin qaydalarına zidd olaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdikdən sonra "yaxşı eləmişəm" deyə açıqlama vermiş və ardından böyük ictimai qınağa səbəb olmuşdu. Ardınca o, YAP-da tutduğu vəzifədən istefa verib.

Həmin toyda S.Novruzovun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak etmişdi. Onların hər ikisi inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »