Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Şərqi Aralıq dənizi məsələsini müzakirə etmək üçün Kiprə yola düşəcək

ABŞ Dövlət katibi Mayk Pompeo Şərqi Aralıq dənizi bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Cənubi Kipr Respublikasına səfər edəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, amerikalı xarici siyasət idarəsinin rəhbəri yunan Kiprinə əfqanlararası sülh danışıqlarının müzakirəsi üçün iştirak etdiyi Qətərdən uçacaq.

Larnaka beynəlxalq hava limanına gəldikdən sonra Pompeo Kiprin paytaxtı Nikosiyaya yola düşəcək. Orada onu prezident sarayında Kipr Respublikasının başçısı Nikos Anastasiadis və həmkarı, Kipr Respublikasının xarici işlər naziri Nikos Xristodulidis qəbul edəcək.

Qətərin paytaxtı Dohaya gedərkən Pompeo təyyarədə jurnalistlərə Şərqi Aralıq dənizindəki münaqişənin sülh yolu ilə və diplomatik yolla həll edilməli olduğunu bildirib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »