Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reanimasiyadakı xəstələrlə bağlı bu günə olan statistika

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 11-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 040 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 132 nəfər reanimasiyada, 13 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 138 və 14 idi.

Ümumilikdə 38 037 nəfər virusa yoluxub, 35 440 nəfər sağalıb, 557 nəfər vəfat edib.

Bu gün 7 108 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 995 376 test aparılıb.

Qeyd edək ki, bu gün 163 koronavirusa yoluxma faktı qeydə alınıb, 171 nəfər sağalıb, 1 nəfər ölüb.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »