Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ruhi xəstə özünə ağır xəsarət yetirib

Kürdəmir rayon sakini özünə ağır xəsarət yetirib.

"Report" xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 28 yaşlı kənd sakini Əsədli Vüsal Elman oğlu özünə şüşə qırığı ilə ürək nahiyəsindən və sol qoluna ağır xəsarət yetirib.Yaralı yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, özünə xəsarət yetirən Vüsal Əsədli ruhi xəstədir.

Son xəbərlər
Bütün xəbərlər »