Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-nin 2020-ci il üçün büdcəsi 6,2 milyard avro artırılıb

Avropa İttifaqı (Aİ) Şurası pandemiya ilə əlaqədar təcili xərcləri maliyyələşdirmək məqsədilə İttifaqın 2020-ci il üçün büdcəsini 6,2 milyard avro artırmaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının cümə günü yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu vəsaitdən 1,09 milyard avro peyvəndlərin əvvəlcədən sifariş edilməsinə yönəldiləcək. Avropa Komissiyası sınaqları hələ başa çatmayan peyvəndlərin əvvəlcədən sifarişlərini təşkil etmək üçün altı əczaçı şirkətlə danışıqlar aparıb. Aİ-nin əsas təchizatçısı ciddi yan təsirlər səbəbindən bu həftənin əvvəlində Britaniya, Braziliya, ABŞ, Cənubi Afrika və Yaponiyada peyvənd sınaqlarını dayandıran “AstraZeneca” şirkəti olmalıdır.

Digər 5,11 milyard avro pandemiyanın iqtisadi nəticələrinin aradan qaldırılmasına sərf ediləcək.

Aİ-nin 2020-ci il üçün büdcəsi 168,7 milyard avrodur.

Paylaş »
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
››› Azərbaycanlı prodüser iş yerində ölüb
Son xəbərlər
Bütün xəbərlər »